AZ

Türkiyə ABŞ-dan "Qazprombank"a qarşı sanksiyaları ləğv etməyi xahiş edir

Türkiyə "Qazprombank”a qarşı sanksiyaları ləğv etmək üçün ABŞ ilə danışıqlar aparır ki, bu da ölkənin Rusiyadan idxal etdiyi təbii qazın ödənişini onun vasitəsilə davam etdirməyə imkan verəcək. 

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

"İstisna edilməzsə, bu, Türkiyə üçün çox böyük bir şeyə çevrilə bilər”, - deyə nazir bildirib. O, presedent kimi İranla bağlı əvvəlki sanksiyaların ləğvini göstərib.

"Bloomberg” yazır ki, Rusiya Türkiyəyə ən böyük qaz tədarükçüsüdür; 2023-cü ildə Rusiya idxalının payı təxminən 42% təşkil edib. Digər böyük idxalçısı Macarıstan da ABŞ-ın "Qazprombank”a tətbiq etdiyi sanksiyaları tənqid edərək, bunun enerji təhlükəsizliyini təhlükə altına atdığını bildirib. Xarici işlər naziri Peter Siyardo keçən həftə "Bloomberg”ə bildirib ki, İstanbulda Bayraktar da daxil olmaqla regional enerji nazirləri ilə danışıqlardan sonra bölgədəki ölkələr tədarükləri davam etdirmək üçün "bir yol tapacaqlar".

Türkiyə Ukrayna ordusunu PUA və artilleriya mərmiləri ilə təmin etsə də, Ankara münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Ankara və Moskva Türkiyədə qaz qovşağı yaratmaq və Qara dəniz üzərindən əlavə sualtı boru kəmərləri çəkmək istəyirlər. Qazdan əlavə, Türkiyə xam neft idxalının təxminən yarısını Rusiyadan alır.

Nizami Bağırov
Seçilən
20
1
qaynarinfo.az

2Mənbələr