Oğuz rayonu Azərbaycanın maarif tarixində xüsusi yerə sahibdir. XIX əsrin 80-ci illərində bu bölgədə dünyəvi təhsilin əsası qoyulub, kənd ictimaiyyətinin təşəbbüsü ilə Xaçmaz və Padar kəndlərində ilk ibtidai məktəblər açılıb. 1883-cü ildə Xaçmaz kəndində təsis edilən ilk dünyəvi təhsil müəssisəsi bu gün M.F.Axundov adına 1 nömrəli tam orta məktəb adı ilə fəaliyyət göstərir. Oğuzun qədim maarif ənənələrini müasir təhsil standartları ilə birləşdirən bu məktəb Azərbaycanın təhsil tarixi üçün böyük əhəmiyyət kəsb edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta