AZ

Millimiz biabırçı hesabla uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Gundem.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 0:8.

Qrupun digər matçında isə Kipr və Estoniya milliləri üz-üzə gələcək.

 

26 noyabr

 

13:00.İsveçrə (U-19) - Azərbaycan (U-19) - 8:0

Baş hakim: Kristina Kozoroh (Ukrayna)

Kouklia Community stadionu

16:30. Kipr (U-19) - Estoniya (U-19)

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq.

Seçilən
13
8
gundem.az

10Mənbələr