AZ

Türkiyədən Almaniyaya tekstil məhsulları ixracı cüzi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Almaniyaya tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 336,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Almaniyaya 38 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7,8 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 842 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 9 milyard 426 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Seçilən
28
50
turkic.world

10Mənbələr