AZ

Əmək pensiyaları ARTACAQ - BU QƏDƏR OLACAQ

"7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. 

S.Babayev nəzərə çatdırıb ki, yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir ki, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu, 292 manat idi.

Mina Mikayılova

Seçilən
19
9
bakivaxti.az

10Mənbələr