Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalıilə 34 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 25 şirkət azdır.
Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstanşirkətlərinin məcmu kapitalı 32 milyon 800 min türk lirəsi olduğuhalda, 2023-cü ilin eyni dövründə bu rəqəm 175 milyon 805 min türklirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayındaQazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (22) qeydiyyataalınıb.
“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumikapitalı 12 milyon 400 min türk lirəsi təşkil edib”, – deyəTOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında TürkiyədəQazaxıstan kapitalı ilə 18 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.