AZ

“Aşağı-yuxarı sürt, sürt, dərə-təpə sürt...” - Elza efirdə kitabını göstərdi / VİDEO

Əməkdar artist Elza Seyidcahan 2017-ci ildə yazdığı şeiri efirdə səsləndirib.


Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan “Xəbərin var?” verilişində “Mən dəlinin rəssamı” adlı kitabını göstərib və kitabda yer alan “Ənəlhəqq” adlı şeirini təqdim edib.


Şeirin mənasını da izah edən Elza Seyidcahan bildirib ki, bunu musiqi savadı olmayan şəxslər çətin başa düşəcək.


“Adam var ki, kasıblıqdan, dərddən ağlayır. Mən isə gözəllik qarşısında, gözəl musiqi qarşısında ağlayıram. Yəni, kamançanı, fletanı elə ifa etməlidirlər ki, mən ağlayım. Şeirlərimdə də bu öz əksini tapıb. Arifə bir işarə kifayətdir. Elza kimilər də bilir ki, Elza nə yazır. Kim özü necədirsə, özünü elə göstərir”.

Şeiri təqdim edirik:

Sürt mizrabı kamana

Çək mizrabı yatana

Bilir çoxu.

Bülbülüm oxu, oxu

Hər gülün bir qoxu

Simsiz aləm mənə qorxu

Sızıldasın lütf

Ahəngində nəğmələr qoşsun

Türk

Al rəngindən.

Qoşmalar yazsın

Saz mehrindən

Sular daşsın nəhrindən

Tellər qırılsın əzmindən

Sürt oxuyağın

Cüt çalağın,

Oynayağın.

Orkestrlə coşağın.

Çək mizrabı kamana

Yana-yana, yanana

Ana-ana zamana

Qana-qana yalana

əyri-üyrü dalana.

Aşağı-yuxarı sürt, sürt.

Sürt mizrabı kamana

dərə-təpə sürt, sürt.

Qışqır, oyna, gəl çıx

Alqışlarla bu yana

Çıxsın, çıxsın

Səsi çıxsın

Dadı tökülsün

Dığır-dığır, sıvır-sıvır

Uzun-uzun, bəmli, zilli,

Abertonlu səslərin.

Flajaletto, fleyto,

Libiretto, operetto

Çək mizrabı kamana

ənəlhəqq

sürt kamanı sayana

ənəlhəqq.


//yenisabah.az


Seçilən
0
4
referans.az

5Mənbələr