AZ

Bakıda sevgilisinin 81 min manatını ələ keçirən gənc həbsdə qaldı - Qərar

Bakıda sevgilisinin 81 min manatını ələ keçirməkdə ittiham olunan 23 yaşlı Elgiz Əhmədovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatət verib.

Vəkil Elgiz Əhmədovun ağır xəstə olmasını nəzərə alaraq onun məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılmasını xahiş edib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə vəsatət müzakirə olunub və təmin olunmaması barədə qərar qəbul edilib.

Məhkəmə prosesi dekabr ayının 3-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Elgiz Əhmədov Cinayətə Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir.

Cinayət işində 2 nəfər- Tağıyeva Nazilə Mustafa qızı və onun övladı Babayeva Leyla Malik qızı zərərçəkmiş qismində tanınıb.

İttiham aktına görə, Elgiz Əhmədov sevgilisi Leyla Babayevanın hədə-qorxu ilə 81 min manatlıq qızıl-zinət əşyasını ələ keçirib.


Müəllif: Hacı Zeynalov
Seçilən
1
2
teleqraf.com

3Mənbələr