AZ

Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!

ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalar Türkiyəyə mənfi təsir göstərir. Xarici İşlər Nazirliyi Rusiyadan idxal edilən təbii qazın ödənişi ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün danışıqlar aparır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar deyib.

“Təbii ki, sanksiyalarla bağlı qərar Türkiyəyə də təsir edəcək. Ödəyə bilmərik, ödəyə bilməsək, qaz ala bilmərik. Türkiyə Xarici İşlər Nazirliyi danışıqları davam etdirir. Enerji təhlükəsizliyi baxımından bizə qaz lazımdır. Sənayemizin qaza ehtiyacı var. Ötən il İrana qarşı sanksiyalar tətbiq edilib, lakin bu ölkədən gələn təbii qaz üçün istisna edilib. İstəyirik ki, ABŞ Rusiya təbii qazı üçün belə bir istisna etsin”, - o bildirib.

Bayraqdar qeyd edib ki, əvvəllər Qərb sanksiyaları enerji və qida sektorlarına şamil edilmirdi:

“Biz Bayden administrasiyasını başa düşmürük. Prezidentlik müddətinin bitməsinə ay yarım qalıb. Pis tərəfi odur ki, embarqonu bir gecədə qaldırmaq çətindir. Türkiyə üçün istisna edilmədikcə hədəf Rusiya deyil, Türkiyə olacaq. Belə deyilmi?”
Seçilən
2
7
sherg.az

9Mənbələr