Bir sıra məsələlər var ki, elə bil bunu qəsdən edirlər ki, camaat narazı qalsın. 80 manat məsələsi ayıb bir rəqəmdir.
KONKRET.az axar.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
“Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir”, – deyə deputat bildirib.