Avropalı avtomobil istehsalçılarının səhmləri çərşənbə axşamı Donald Trampın Çin, Meksika və Kanadanı geniş tariflərlə hədələməsindən sonra zərbə aldı.

İndex.az xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında Almaniyanın “Volkswagen Qrupu”nun səhmləri 2,26% ucuzlaşaraq 80,40 avroya düşüb, çünki investorlar Trampın Çin, Meksika və Kanadaya tətbiq etdiyi tariflərin Avropadakı biznesə necə təsir göstərə biləcəyini qiymətləndiriblər.

ABŞ prezidenti seçilən Donald Tramp ilk addımlarından biri kimi Kanada və Meksikadan ölkəyə daxil olan bütün məhsullara 25 faiz, Çindən gələn mallara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini bildirib.

Son məlumatlara görə, ABŞ dünyanın ən böyük idxalçısı, Meksika, Çin və Kanada isə onun üç ən böyük tədarükçüsüdür.

Sözügedən tariflər tətbiq olunarsa, ABŞ-da ərzaq, avtomobil və digər malların qiymətlərini artıra bilər.