AZ

Filarmoniyasının səhnəsində Bəstəkarlar İttifaqının yubileyinə həsr olunmuş konsert keçirilib – FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi

Səadət Təhmirazqızı konsert haqda dinləyicilərə geniş məlumat verib.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova, Sahib Paşazadə, Ramil Qasımov, Televiziya Muğam müsabiqəsi laureatı Zabitə Alıyeva və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat öz ifalarını musiqisevərlərə təqdim edib.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.                 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
20
1
milli.az

2Mənbələr