"Taliban" ABŞ və digər Qərb ölkələrinin təzyiqlərini azaltmaq üçün Rusiyadan kömək gözləyir.
Redaktor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu hərəkatın rəsmisi Molla Əbdül Qani Baradar Rusiya Federasiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib.
“Bildiyiniz kimi, ABŞ və Qərb dövlətləri bizə hər cür təzyiq göstərirlər. Ona görə də Rusiyanın həmin təzyiqi neytrallaşdırmaqda bizə kömək edəcəyini gözləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, Şoyqu ona hədiyyə olunan xalça müqabilində "Taliban"a xəncər verib.
Yeri gəlmişkən, Dövlət Dumasına “Taliban” hərəkatının terrorçular siyahısından çıxarılması ilə bağlı qanun layihəsi təqdim edilib.