Ukraynaya nüvə silahı vermək təhlükəsi Rusiya ilə nüvə müharibəsinə hazırlıqdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında verdiyi açıqlamada bildirib.Qərbdə Ukraynaya nüvə silahının verilməsi məsələsinin gündəmdə olduğunu qeyd edən Medvedev deyib:
"Bu, "boş" fikirdir. Rusiyanın nüvə doktrinası yenilənib. Kiyev administrasiyasına nüvə silahının çatdırılması təhlükəsi Rusiya ilə nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilə bilər. Rusiyanın Nüvə Silahının qarşısının alınması Siyasəti Sənədinin 19-cu maddəsinə əsasən, bu cür silahların faktiki çatdırılması ölkəmizə hücuma bərabərdir".