AZ

Bakıda polis bölməsində hüquqazidd hərəkətlər edən şəxs həbs olundu - FOTO

Vətəndaşın polis bölməsində hüquqazidd hərəkətlərinə dair görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan görüntülərlə bağlı Lent.az-a bildirilib ki, noyabrın 24-də saat 04:50-də paytaxtın Nizami rayon ərazisində restoranlardan birinin qarşısında naməlum şəxsin sərxoş vəziyyətdə avtomobilləri qəsdən zədələməsi və xuliqanlıq hərəkətləri etməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilib.

Hadisəni törədən 22 yaşlı İntiqam İsmayıllı polis bölməsində sərxoş vəziyyətdə polis əməkdaşları ilə mübahisəni davam etdirib və yanında olan vəkili tərəfindən çəkilişlər aparılıb. Onu polis əməkdaşları sakit olmağa, ictimai qaydaya əməl etməyə dəvət etsələr də, o bu xəbərdarlıqların heç birinə məhəl qoymayıb.

Fakta görə İ.İsmayıllı barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələri ilə cinayət işi başlanılaraq həbs edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Seçilən
4
5
avtosfer.az

5Mənbələr