AZ

İsrail Beyrut Beynəlxalq Hava Limanı yaxınlığına raket zərbələri endirdi

İsrail Beyrut Beynəlxalq Hava Limanı yaxınlığına raket zərbələri endirib.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
 
Bununla bağlı videogörüntülərdə partlayış anları əks olunub.
 
Qeyd edək ki, İsrail ordusunun təyyarələri Beyrutun cənub ərazilərinə və Rafik Həriri adına Beynəlxalq Hava Limanı yaxınlığına altı zərbə endirib. Ərazidə yerləşən çoxmərtəbəli yaşayış binaları hava zərbələrinə məruz qalıb.
 
İlkin məlumata görə, hava zərbələri nəticəsində 3 nəfər ölüb, 26 nəfər yaralanıb.

 

Seçilən
27
27
moderator.az

10Mənbələr