AZ

Belçikada müəllimlər tətilə başlayıblar

Belçikada fransız məktəblərində dərs deyən müəllimlər sektordakı problemlərə görə bir günlük iş dayandırıblar.

Belçikanın paytaxtı Brüsseldə və fransızdilli Valon bölgələrində məktəblərin müəllimləri bu gün tətilə başlayıblar.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, iyun ayında keçirilən seçkilərdən sonra vəzifəyə başlayan Valoniya-Brüssel Federasiyası Hökumətinin tətbiq etdiyi qənaət tədbirlərinə etiraz edən müəllimlər bunun təhsilin keyfiyyətini, iş şəraitini və statusunu zəiflədəcəyini iddia edirlər.

Müəllimlər ümid edirlər ki, hökumətin 2025-ci il büdcəsi təsdiqlənənə qədər onların tələbləri işin dayandırılması yolu ilə yerinə yetiriləcək.

Qeyd edək ki, Belçikada uzun müddətdir ki, müəllim çatışmazlığı var. Müəllimlərin işə götürülməsi yeni tədris ilinə bir neçə həftə qalmış direktorlarla məktəb rəhbərliyi arasında mübarizəyə çevrilir. Belçikada fransız və holland dillərindən ibarət ikidilli təhsil sistemindən irəli gələn prosedurlar da sektorun fəaliyyətinə mənfi təsir göstərir.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr