AZ

ABŞ Azərbaycanın NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir - Səfirlik

Bakı. TurkicWorld:

ABŞ səfirliyinin hərbi attaşesi polkovnik Kayl Koun və ABŞ səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Soniya Wettsteyn Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP) qoşulmasının 30 illiyi münasibətilə Azərbaycan XİN tərəfindən təşkil olunan akademik konfransda iştirak ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkədə hesabında paylaşım edib.

“ABŞ Azərbaycanın PfP-dəki aktiv rolunu və NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir. Biz, Azərbaycanın PfP məqsədlərinə doğru irəliləyişini, ikitərəfli təhlükəsizlik əməkdaşlığı çərçivəsində, xüsusən də İstanbulda keçirilən Birgə Təlim Konfransında iştirakları vasitəsilə dəstəkləyirik”, - paylaşımda qeyd olunub.

Seçilən
2
14
turkic.world

10Mənbələr