Gürcüstan parlamenti prezident seçkilərinin keçirilmə tarixini təsdiqləyib. Ölkədə parlamentin 85 üzvü səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, qərarın lehinə 80 deputat səs verib, lehinə səs qeydə alınmayıb.
Seçkilər 14 dekabrda, andiçmə mərasimi isə 29 dekabrda keçiriləcək.
Gürcüstanın yeni prezidenti seçicilər kollegiyası tərəfindən 5 il müddətinə seçiləcək.
Qeyd edək ki, bu ildən Gürcüstanda prezident xalq seçkiləri yolu ilə deyil, parlament üzvlərinin də daxil olduğu seçicilər kollegiyası tərəfindən müəyyən ediləcək.