AZ

Mingəçevir su anbarında qeydə alınan zəlzələnin fəsadları olubmu? VİDEO

Azərbaycanın ən böyük su tutarı olan Mingəçevir su anbarında zəlzələ baş verib.

Xezerxeberə.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumatına əsasən Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ qeydə alınıb. Su anbarının ətrafında yaşayan sakinlər baş verən titrəyişdən xəbərsiz olduqlarını bildirib.

21 km dərində baş verən zəlzələ bu gün səhər saat 9 radələrində qeydə alınıb.

Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış  Mingəçevir su anbarının normal dolma səviyyəsi 83 m, ümumi su tutumu 15 milyard m3-dən çoxdur.  Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən 18 km-ə qədər  dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
27
xezerxeber.az

1Mənbələr