AZ

“Qarabağ” 448 bilet ayırdı – Bəs, Fransadan neçə nəfər gəlir?

Cümə axşamı Bakıda “Qarabağ” – “Lion” qarşılaşması baş tutacaq.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində gerçəkləşəcək oyun üçün Ağdam təmsilçisi Fransa klubunun azarkeşlərinə 448 bilet ayırıb.

Lakin bu, həmin gün stadionda məhz bu sayda qonaq fanatın yerini tutacağı anlamına gəlmir.

Artıq bir neçə gündür Fransada oyuna bilet (vauçer) satışı davam edir. Ölkəmizə gəlmək həvəsinə düşənlərin sayı elə də çox deyil.

Fransalı azarkeşlər üçün ayrılan 28-ci sektorda matç günü 100-150 nəfər “Lion”u dəstəkləyəcək. Hər halda, bilet satışı ilə bağlı vəziyyət belə düşünməyə əsas verir.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.

HƏBİB

Seçilən
24
sportinfo.az

1Mənbələr