AZ

Türkiyə Superliqasında çıxış edən futbolçu zədə səbəbindən mövsümü başa vurub

Türkiyə təmsilçisi "Göztəpə"nin futbolçusu İsaak Sole zədə səbəbindən mövsümü erkən başa vurub.

"Report" xəbər verir ki, fransalı futbolçu Superliqanın XII turunda "Beşiktaş"a qarşı matçda çarpaz bağından zədə alıb.

23 yaşlı yarımmüdafiəçi 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Göztəpə" matçı qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
20
2
far.az

3Mənbələr