AZ

Avstriya XİN-in keçmiş rəhbəri Rusiya universitetlərindən birində işə düzəlib

Avstriyanın keçmiş xarici işlər naziri Knaysl Ryazan Dövlət Universitetində dərs deyəcək

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Karin Knaysl Yesenin adına Ryazan Dövlət Universitetində dərs deməyə başlayacaq.

Bu barədə universitetin rektoru Dmitri Bokov Telegram kanalında bildirib. O, bunun yaxşı xəbər olduğunu vurğulayıb.

"Xoş xəbəri paylaşmağa şadam! Bu gün universitetimizə Avstriyanın dövlət xadimi, jurnalisti və siyasi xadimi, Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissl gəlib. S.A. yesenin adına Ryazan Dövlət Universitetinə səfəri çərçivəsində onunla razılığa gəlmək mümkün olub: Karin Kneissl bizdə dərs deyəcək”, - Bokov aydınlıq gətirib.

Karin Knaysl 2017-2019-cu illərdə Avstriyanın xarici işlər naziri vəzifəsində çalışıb.

2023-cü ildə siyasətçi Rusiyaya köçüb və Ryazan vilayətinin Petruşovo kəndində məskunlaşıb.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr