AZ

Sabiq türkiyəli FİFA referisindən derbi ilə bağlı tarixi etiraf

Türkiyənin sabiq FİFA hakimi Əli Palabıyık son etirafı ilə diqqət çəkib. Karyerasını 2022/23 mövsümündə yol verdiyi səhvlərdən sonra bitirmək məcburiyyətində qalan 43 yaşlı sabiq ədalət təmsilçisi 2017-ci ildə idarə etdiyi ''Fənərbaxça'' - ''Beşiktaş'' derbisində yol verdiyi səhvlərdən danışıb.

2017-ci ilin sentyabrın 23-də oynanılan həmin qarşılaşmada ''Fənər'' Juliano və Yanssenin penaltidən vurduğu qollarla 2:1 hesablı qələbə qazanmışdı. ''Beşiktaş''ın yeganə qolunu 87-ci dəqiqədə Babel vurmuşdu. ''Ekol TV''yə açıqlamalar verən Palabıyık bunları deyib:

''Məni verdiyim qərarlara görə ən çox çətinə salan oyun ''Fənərbaxça''nın ''Beşiktaş''ı 2:1 yendiyi derbidi. Ümumilikdə 5 qırmızı vərəqə göstərdim. Onlardan birini Şenol Günəşə göstərdim. Həmin oyundakı qərarlarım çox böyük müzakirələrə səbəb oldu. O vaxt VAR yox idi. ''Beşiktaş''ın bir təmiz qolunu ofsayd üzündən qeydə almadıq. Cenk Tosuna qarşı kobduluqdan sonra penalti də təyin etməmişdim. Oyundan sonrakı iki həftə mənim üçün çox çətin keçmişdi. 2 həftə küçəyə çıxa bilmədim. Nömrəmi dəyişdirmək məcburiyyətində qaldım. ''Beşiktaş'' fanatlarının haqlı olaraq mənə bir etirazı var idi. Sonra təzə nömrəmi də tapıb məni narahat etməyə başladılar''.

Qeyd edək ki, ''Beşiktaş'' həmin mövsümü 4-cü pillədə tamamlamış və komandanın ikiillik çempionluq seriyası qırılmışdı.

ƏLİ
Seçilən
15
football-plus.az

1Mənbələr