AZ

Məhkəmə Sərdar Ortacla bağlı qərarını dəyişdi

Türkiyədə qanunsuz mərc oynamağa təşviq etməkdə ittiham olunan məşhur müğənni Serdar Ortacın ev dustaqlığı ləğv olunub.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənninin vəkili Esennur Ezgi ev dustaqlığı şəklində məhkəmə nəzarətinin götürülməsi ilə bağlı vəsatət verərək etiraz edib.

Etirazı qiymətləndirən Ağır Cəza Məhkəməsi Serdar Ortaçın ev dustaqlığını ləğv edib.

Müğənninin məhkəməsinin dekabrın 24-də İstanbul 25-ci Cəza Məhkəməsində başlayacağı bildirilir.

Qeyd edək ki, bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.


Müəllif: Teleqraf.com
Seçilən
46
teleqraf.com

1Mənbələr