AZ

40 qol vurulan ÇL gecəsi - Nəticələr

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur start götürüb.

QOL.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

Bütün turnirlər daxil olmaqla ardıcıl 5 oyundur uduzan “Mançester Siti” evdə “Feyenoord”la qarşılaşıb. "Şəhərlilər" bu dəfə qələbəyə yaxın olsalar da, 3:0 hesabını qoruya bilməyiblər. "Feyenoord" son dəqiqələrdə hesabı bəraələşdirə bilib - 3:3.

“Milan” səfərdə “Slovan”a, “Atletiko” Çexiyada “Sparta”ya, “Barselona” isə öz meydanında “Brest”ə qalib gəlib.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri isə Münhendə keçirilib. Burada “Bavariya” Fransa PSJ-sini qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər 9 matçı bu gün oynanılacaq.

 

26 noyabr

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 5-ci tur

21:45 "Slovan" (Slovakiya) – "Milan" (İtaliya) - 2:3

21:45 "Sparta" (Çexiya) – "Atletiko" (İspaniya) - 0:6

00:00 "Barselona" (İspaniya) – "Brest" (Fransa) - 3:0

00:00 "Bayer" (Almaniya) – "Zalsburq" (Avstriya) - 5:0

00:00 "Bavariya" (Almaniya) – PSJ (Fransa) - 1:0

00:00 "İnter" (İtaliya) – "Leyptsiq" (Almaniya) - 1:0

00:00 "Mançester Siti" (İngiltərə) – "Feyenoord" (Niderland) - 3:3

00:00 "Sportinq" (Portuqaliya) – "Arsenal" (İngiltərə) - 1:5 

00:00 "Yanq Boyz" (İsveçrə) – "Atalanta" (İtaliya) - 1:6

Seçilən
26
1
teleqraf.com

1Mənbələr