AZ

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

"Apple" korporasiyası 2025-ci ildən etibarən yeni smartfon modellərində fiziki SIM kart yuvalarını ləğv etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Information" məlumat yayıb.

Məlumata əsasən, şirkət "iPhone 17 Air" modeli üzərində işləyir. Bu cihazın "Apple" xəttində ən nazik smartfon olacağı gözlənilir. Müəlliflər qeyd ediblər ki, brendin yeni cihazlarında fiziki SIM kart yeri olmayacaq və mobil rabitə yalnız eSIM texnologiyası vasitəsilə təmin ediləcək.

Beləliklə, "Apple" simsiz texnologiyalara doğru irəliləməkdə növbəti addımını atmağa hazırlaşır.

Seçilən
26
2
bakivaxti.az

10Mənbələr