NATO Rusiyanın Dnepr boyunca “Oreşnik”dən istifadə etməsindən sonra Ukraynaya dəstəyini zəiflətməyəcəyinə söz verib.
“SeherXeber.org ” xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurasının (UNC) səfirlər səviyyəsində fövqəladə iclasından sonra alyansın mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.
Qeyd olunub ki, səfirlər Rusiyanın eksperimental orta mənzilli ballistik raket buraxmasından sonra Ukraynadakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
İclasda NATO səfirləri bunun Ukraynaya dəstəyi dəyişməyəcəyini təsdiqləyiblər.
Bəyanatda qeyd olunub ki, NATO-ya görə, bu zərbə münaqişənin gedişatını dəyişməməlidir.