AZ

Tramp və Bayden həmin sənədi imzaladılar

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı dövlət başçısı Co Bayden hakimiyyətin ötürülməsi üçün keçid dövrünün başlanmasını rəsmiləşdirən memorandum imzalayıb.

Publika.az xəbər verir ki, bunu Trampın bu vəzifəyə təyin etdiyi Ağ Evin gələcək aparat rəhbəri Syuzan Uayls deyib.

Onun sözlərinə görə, yeni Nazirlər Kabineti üçün seçim prosesini başa vurduqdan sonra Tramp prezident Co Baydenin Ağ Evi ilə anlaşma memorandumu imzalayaraq administrasiyasının keçidinin növbəti mərhələsinə qədəm qoyur.

"Bu tapşırıq Nazirlər Kabinetinin ehtimal olunan namizədlərinə hər bir departament və agentlikdə desant qruplarının yerləşdirilməsi də daxil olmaqla kritik hazırlıqlara başlamağa və hakimiyyətin nizamlı keçidini başa çatdırmağa imkan verir", - Uayls deyib.

Seçilən
54
20
publika.az

10Mənbələr