AZ

Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodunun tikintisinə start verildi

Bakı. Trend:

Qətər dünyanın ən iri mavi ammonyak zavodunun tikintisinəbaşlayıb.

Trend xəbər verirki, bu barədə “QatarEnergy”nin rəsmi saytında məlumat verilib.

Zavodun təməlqoyma mərasimi Qətər əmiri Şeyx Təmim bin Həməd AlTaninin iştirakı ilə sənaye şəhəri Mesaiddə keçirilib. Layihə“QatarEnergy”nin ən irimiqyaslı və strateji təşəbbüslərindən birikimi qiymətləndirilir.

Məlumata görə, zavodun illik istehsal gücü 1,2 milyon tonammonyak təşkil edəcək. Bununla yanaşı, obyekt 1,5 milyon tonkarbon qazını saxlama qabiliyyətinə malik xüsusi CO2 anbarı ilətəchiz olunacaq. Zavod 35 MVt gücündə günəş elektrik stansiyasındanenerji alacaq ki, bu da onun karbon izini azaldacaq.

Mavi ammonyak əsasən təbii qaz və kömürdən əldə edilir vəənənəvi təbii qazla müqayisədə daha az karbon qazı emissiyasıyaradır. Bu səbəbdən mavi ammonyakın gələcəkdə ənənəvi fosilyanacaqlarına "yaşıl" alternativ ola biləcəyi vurğulanır.

Seçilən
32
6
az.trend.az

7Mənbələr