AZ

Türkiyə bankları niyə depozitə 44% gəlir verir? - Ekspert

Türkiyə bankları mövcud müştəriləri üçün qısamüddətli depozitlərə 44-49 faiz gəlir təklif edir. Yeni müştərilərə yönəlmiş kampaniyalarda isə bu rəqəm 52 faizədək yüksəlir. Dünyanın başqa yerlərində Türkiyədəki qədər yüksək faizli depozit təcrübəsi yoxdur. Bəs, bunun səbəbi nədir?

Mövzu ilə bağlı Axar.az-da danışan millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, bu, lirənin məzənnəsindəki azalmalar, inflyasiya səviyyəsinin yüksək olması ilə əlaqədardır.

“Türkiyədə banklar tərəfindən lirə ilə depozitlərə daha çox dividentlərin təklif olunması həm də son illər lirənin məzənnəsindəki azalmalarla əlaqədardır. Ona görə də lirə üzrə depozit faizlərində artımlar müşahidə olunur. Amma lirənin məzənnəsinin dəyişikliyi izləmək üçün müddətli dövrə, məsələn, 1 illik, yaxud daha uzun dövrə baxılmalıdır. Çünki iki həftəlik müddət hansısa valyutanın məzənnəsinin dəyişməsini xarakterizə etmir. 1, ya 2 illik frazaya diqqət yetirsək, lirənin məzənnəsində kəskin azalmanın olduğunu görərik. Digər tərəfdən, inflyasiya səviyyəsi yüksəkdir. Bu isə mənfəət normasına təsir göstərir, qiymətlərdə artımlar olur. Praktiki olaraq, biznes də inflyasiya səviyyəsinə uyğun olaraq mal və xidmətlərin qiyməti artır”.

Ekspertin sözlərinə görə, 40-50 faizlə depozitlərin cəlb edilməsi kredit faizləri baxımından da arzuolunan deyil:

“Çünki depozit yüksək faizlə qəbul olunursa, o halda kreditlər də yüksək faizlə təklif olunur. Lirə növbəti dövrdə stabilləşər və inflyasiya səviyyəsi aşağı düşərsə, biz yenidən Türkiyə banklarında depozit faizlərinin aşağı düşməsini müşahidə edərik”.

Seçilən
35
axar.az

1Mənbələr