AZ

"Atam 5 yaşlı qardaşımı öldürüb gölə atdı"

2018-ci ildə Türkiyə Sazlıbosna bəndində cəsəd tapılıb. Gölə balıq tutmaq üçün gedən balıqçılar cəsədlə qarşılaşıblar

Məhkəmə Tibb Qurumuna aparılan meyitin 5 yaşlı M.İ.-yə aid olduğu müəyyən edilib. Hadisə baş verən gün polis şübhəli heç nə ilə qarşılaşmayıb. Beləliklə, 6 il sonra hadisə ilə bağlı ilk həbs baş verib.

News24.az xəbər verir ki, 6 il sonra M.İ-nin qardaşı məktəbdəki müəlliməsinə “atam qardaşımı öldürüb gölə atdı” deyib. Bundan sonra pedaqoqun müşayiəti ilə uşağın ifadəsi alınıb. 

İfadələrdən sonra ata və iki keçmiş həyat yoldaşı nəzarətə götürülüb. Ancaq atanın ittihamları qəbul etmədiyi öyrənilib. DNT müqayisəsi üçün hər 3 şübhəlidən də nümunələr götürülüb.

Günel Məlikzadə

Seçilən
16
news24.az

1Mənbələr