AZ

Hərracın təşkilatçısının rəsmi internet saytı olmalıdır

Hərracın təşkilatçısının rəsmi internet saytı olmalı, hərracın keçirilməsi barədə elan, habelə hərraca çıxarılan əmlak barəsində məlumatlar ətraflı şəkildə həmin internet saytında yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Hərracın təşkilatçısı (o cümlədən elektron hərracın təşkilatçısı) keçirilmiş hərraclar, başa çatmış və ya baş tutmamış hərraclar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Seçilən
12
heftelik.az

1Mənbələr