Çempionlar Liqasında Liqa mərhələsinin V turu bu gün başa çatacaq.
Msport.az xəbər verir ki, ikinci oyun günündə 9 oyun keçiriləcək.
Günün mərkəzi qarşılaşması İngiltərədə gerçəkləşəcək. “Liverpul” “Real”la qarşılaşacaq.
Daha iki görüş maraqla gözlənilir. “Aston Villa” – “Yuventus” və “Monako” – “Benfika” qarşılaşmaları turnir cədvəli baxımından böyük önəm kəsb edir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
27 noyabr
21:45. “Srvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya)
21:45. “Şturm” (Avstriya) – “Jirona” (İspaniya)
00:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
00:00. PSV (Niderland) – “Şaxtyor” (Donetsk, Ukrayna)
00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Seltik” (Şotlandiya) – “Brügge” (Belçika)
00:00. “Monako” (Fransa) – “Benfika” (Portuqaliya)
00:00. “Aston Villa” (İngiltərə) – “Yuventus” (İtaliya)
00:00. “Bolonya” (İtaliya) – “Lill” (Fransa)