Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 16 milyard 523 milyon 539 min ABŞ dolları təşkil edib.
Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,7% azdır.
Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracının dəyəri 14 milyard 214 milyon 767 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,7% azdır. Avropa İttifaqı ölkələrinin Azərbaycana idxalının dəyəri 2 milyard 308 milyon 772 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8% azalıb.
Azərbaycanın Avropa İttifaqı ölkələrində ticarət dövriyyəsində İtaliya əsaslı paya malikdir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 9 milyard 571 milyon 744 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 29% azdır.
Azərbaycanın İtaliyaya ixracının həcmi 9 milyard 128 milyon 881 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,6% azalıb. İtaliyadan Azərbaycana idxalın həcmi 442 milyon 863 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.
Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 287 milyon 280 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır. Almaniyanın Azərbaycana ixracının həcmi 603 milyon 191 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.
Almaniyanın Azərbaycandan idxalının həcmi 684 milyon 89 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4% azdır.
Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 955 milyon 182 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur. Azərbaycanın Çexiyaya ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% artaraq 905 milyon 526 min ABŞ dolları təşkil edib. Çexiyadan Azərbaycana idxalın həcmi isə 49 milyon 656 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,4% azdır.
Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 516 milyon 380 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,7% azdır.
Azərbaycanın Yunanıstana ixracının dəyəri 469 milyon 483 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 61,9% azdır. Yunanıstandan Azərbaycana idxalın həcmi isə 46 milyon 897 min ABŞ dollar təşkil edib ki, 142% çoxdur.
Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin həcmi 289 milyon 674 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63,9% azdır.
Azərbaycanın İspaniyaya ixracının həcmi 163 milyon 450 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 77,1% azdır. İspaniyadan Azərbaycana idxalın həcmi isə 44,2% artaraq 126 milyon 224 min ABŞ dolları təşkil edib.
Nara