AZ

“Esyasoft Holding”dən SOCAR-la müqavilənin detalları barədə AÇIQLAMA

COP29 çərçivəsində SOCAR və Birləşmiş Ərəb Əmirliklərindən olan "Esyasoft Holding" şirkəti qaz şəbəkəsinin intellektual idarəetmə sisteminin təchizatı, qurulması və xidmətinin idarə edilməsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.

Day.Az xəbər verir ki, SOCAR-la imzalanmış əməkdaşlıq müqaviləsinin detalları barədə Trend-ə "Esyasoft Holding"in qurucusu və baş direktoru Bipin Çandra məlumat verib.

"BƏƏ-də qaz şəbəkəsinin rəqəmsal transformasiyasını həyata keçiririk ki, itkiləri azaldaq, səmərəliliyi və davamlılığı artıraq. Bu, rəqəmsal transformasiya texnoloji innovasiyaları və süni intellekt vasitəsilə etməyə çalışdığımız bir məsələdir.

SOCAR və "Azəriqaz"la müqavilə imzalayaraq, dəyişiklikləri həyata keçirmək niyyətindəyik. Məqsədimiz hər bir istehlakçı üçün təmin etdiyimiz səmərəlilikdən Azərbaycanın bütün ev təsərrüfatlarının faydalanmasıdır", - deyə B.Çandra bildirib.

Onun sözlərinə görə, müqavilənin əsas məqamlarına avadanlıq, proqram təminatı, məlumatların emalı mərkəzi və idarəetmə mərkəzinin təchizatı daxildir.

B.Çandra qeyd edib ki, müqavilənin icrasına gələn ilin əvvəlində başlanacaq. Bu, 10 illik bir müqavilədir.

Seçilən
3
1
day.az

2Mənbələr