AZ

Qvardiola niyə bu günə düşüb? - Video

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Feyenoord"la keçirilən oyundan (3:3) sonrakı görüntüsü ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, onun burnunun üstündə qanlı yara, alnında isə çoxlu qızartı olub.

Matçdan sonra keçirilən mətbuat konfransında Qvardiolaya burnundakı çapıqla bağlı sual ünvanlanıb. O, isə matçın gedişində təəssüfləndiyi epizodların birində dırnağı ilə burnunu cızdığını bildirib.

"Feyenoord"la oyuna qədər bütün turnirlərdə ardıcıl 5 oyunda uduzan "Mançester Siti" ötən gecə keçirilən görüşdə qələbəyə çox yaxın olub. Komanda matçın gedişində 3:0 hesabı ilə öndə olsa da, Niderland klubu 3 qol vuraraq hesabı bərabərləşdirib və oyun bərabərliklə bitib.

Seçilən
20
22
teleqraf.com

10Mənbələr