AZ

Bu ölkədə 16 yaşından kiçiklər üçün sosial media qadağan edildi

Image

Daha bir ölkə sosial şəbəkələrdən istifadə ilə bağlı qadağaya imza atıb. Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatası hökumətin 16 yaşdan kiçik insanlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı təklif etdiyi qanun layihəsini təsdiqləyib. Hökumətin təklifinin əleyhinə səs verən 13 parlamentariyə “Yaşıllar” partiyasının bütün fraksiyası və bir sıra müstəqil deputatlar daxildir.

Qanun layihəsinin yaxın günlərdə yuxarı palataya təqdim ediləcəyi və burada da senatorların əksəriyyətinin dəstəyini alacağı gözlənilir. Qanunu parlamentarilərə şəxsən təqdim edən Avstraliyanın Baş naziri Entoni Albaneze həftənin sonuna qədər onun qeyd-şərtsiz qəbul ediləcəyinə ümidvardır.

Mətləb Salahov





Seçilən
11
baki-xeber.com

1Mənbələr