AZ

“Bu mövzuda susanları qınayıram”

Müğənni Xatirə İslam həmkarı Natavan Həbibinin efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Xatirə Natavanın bayağı mahnılara irad bildirməsi haqda bunlıarı yazıb:

“Bunun günahı həmin mahnıları sevənlərdədir. Oxuyan nə etsin? Oxuyan görür ki, tələbat “bozik” mahnılaradır”.

Natavandan Xatirəyə cavab gecikməyib və bu sözləri qeyd edib:

Susa bilmərəm, bu mövzuda susanları da qınayıram. Bu mövzuya laqeyd, biganə yanaşmaq bizə yaraşmaz. Azərbaycan musiqisi peşəkarlardan bizə əmanətdir və biz əmanətə sadiq qalıb, onu zövqsüzlük və savadsızlıqla çirkləndirməməliyik. Tamaşaçının musiqi zövqünü korlamağa qarşıyam. Bu yolda savadlı, məktəb görmüş peşəkarlar əlindən gələni əsirgəməmilidir”.

Seçilən
25
olay.az

1Mənbələr