Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən bu il noyabrın 1-nə 28.4 mln. manat artaraq 2 mlrd. 626.5 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan artım əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.