AZ

İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb

Bakı. Trend:

İdman gimnastikası üzrə kişilər arasında 29-cu, qadınlararasında 8-ci Azərbaycan çempionatı və birinciliyi başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilənməlumata görə, iki gün davam edən turnirdə müxtəlif yaşkateqoriyaları üzrə gimnastlar mübarizə aparıblar.

Yarışda Balakən Olimpiya İdman Kompleksi, “Ocaq” Sport Klubu(Bakı və Sumqayıt bölmələri), "Təhsil" Respublika İdman MərkəzininSumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya EhtiyatlarıUşaq-Gənclər İdman Şahmat Məktəbi və Sumqayıt OlimpiyaKompleksindən 17 qadın, 33 kişi olmaqla ümumilikdə 50 idmançıbacarığını göstərib.

Qadın idman gimnastikasında – uşaqlar (2014-2015-ci iltəvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər),gənclər (2009-2011-ci il təvəllüdlülər), böyüklər (2006-cı iltəvəllüdlülər və daha böyüklər), kişi idman gimnastikasında isəyeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2009-2010-cuil təvəllüdlülər) qrup B, gənclər (2007-2008-ci il təvəllüdlülər)qrup A və böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər)kateqoriyalarında idmançılar öz performanslarını nümayişetdiriblər.

Yarışın birinci günündə gimnastlar fərdi çoxnövçülük üzrə,ikinci gündə isə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlifhündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) çıxışlarsərgiləyiblər.

Sonda hər kateqoriya üzrə qalib olan gimnastlarmükafatlandırılıb.

Seçilən
1
8
az.trend.az

10Mənbələr