AZ

Dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 383,1 milyon manat kredit verilib.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,4 % artaraq 378,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 40,6 % artaraq 450 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 25 % azalaraq 65,7 milyon manata düşüb.

"Cebheinfo.az"

Seçilən
0
13
cebheinfo.az

10Mənbələr