Bakı. Trend:
Respublikada tütün sahələrində məhsul yığımı davam edir. Bu ilsahələrdən tütün yarpağı yığımında ciddi artım qeydə alınıb.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.
Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında sahələrdən5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilibki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34%çoxdur:
"Bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan MuxtarRespublikasında tütün əkinləri həyata keçirilib.
Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkəüzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanınpayına düşür.
Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə ortaməhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrüilə müqayisədə 3,6 sentner çoxdur.
Azərbaycanda tütün əkinləri dövlət tərəfindənsubsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfatilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdəVirciniya sortu tütün yetişdirən fermerlər tədarük məntəqələrinətəhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsulsubsidiyası alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmamışsahələrdə becərilən və təhvil verilən Virciniya sortu yaş tütününhər tonuna görə isə 18 manat subsidiya ödənilməsi nəzərdətutulur.
Digər sort tütün əkən fermerlər əkin sahələrinin müasir suvarmasistemləri ilə təmin edilib-edilməməsindən asılı olaraq təhvilverdikləri hər ton yaş məhsula görə 22 və 20 manat, quru tütününtonuna görə isə 220 və 200 manat məhsul subsidiyası alacaqlar".
Qeyd edilib ki, bu il ölkədən xarici bazarlara tütün ixracındada ciddi artım qeydə alınıb.
"2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricibazarlara 21,5 milyon dollar dəyərində 7 min ton qutu tütün xammalıixrac olunub ki, bu da ötən ilin müvafiq dövrqü ilə müqayisədədəyər ifadəsində 5,1 dəfə, həcm olaraq isə 3,5 dəfə çoxdur",- deyəqurumdan əlavə edilib.