AZ

“S-400” “ATACMS”-ı vura bilməyib - VİDEO

Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemi Rusiyanın “Kursk-Vostoçnı” aerodromuna zərbə endirən “ATACMS” ballistik raketlərini vura bilməyib.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Ukraynanın "Kiberboroshno" layihəsinin analitikləri tərəfindən video dərc edilib.

Yayımlanan videoya verilən şərhdə deyilir ki, “Kursk-Vostoçnı” aerodromu ilə yanaşı, həmin hücumu dəf etməyə çalışan “S-400”-ün mövqeyinə də zərbə endirilib. Eyni zamanda, “S-400” hava hücumundan müdafiə sistemi “ATACMS” ballistik raketlərinin qarşısını almağa çalışan iki raket buraxmağa müvəffəq olub. Lakin hücumu dəf edə bilməyib və “S-400” iki ballistik raketlə məhv edilib. Videodan həm də o məlum olub ki, aerodrom və onun ətrafı kaset başlığı olan ən azı beş M39 raketi ilə vurulub.

“AzPolitika.info”

Seçilən
24
azpolitika.info

1Mənbələr