AZ

İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatdı

İdman gimnastikası üzrə kişilər arasında XXIX, qadınlar arasında VIII Azərbaycan çempionatı və birinciliyi başa çatıb.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki gün davam edən turnirdə müxtəlif yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparıblar.

Yarışda Balakən Olimpiya İdman Kompleksi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Sumqayıt Olimpiya Kompleksindən 17 qadın, 33 kişi olmaqla ümumilikdə 50 idmançı bacarığını göstərib.

Qadın idman gimnastikasında – uşaqlar (2014-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər), gənclər (2009-2011-ci il təvəllüdlülər), böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər), kişi idman gimnastikasında isə yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) qrup B, gənclər (2007-2008-ci il təvəllüdlülər) qrup A və böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər) kateqoriyalarında idmançılar öz performanslarını nümayiş etdiriblər.

Yarışın birinci günündə gimnastlar fərdi çoxnövçülük üzrə, ikinci gündə isə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) çıxışlar sərgiləyiblər.

Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırılıb.

Seçilən
17
8
fanat.az

10Mənbələr