Ceyhun Məmmədov məktəbə gedən uşaqların sayında azalmaya da diqqət çəkib: "Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Məktəbə gedən uşaqların sayında təxminən 6000-ə yaxın azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çoxuşaqlı və aztəminatlı ailələrəəlavə maddi dəstək mexanizmləri barədədüşünməyi zəruri edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31