AZ

Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9% artıb

2024-cü il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib.

"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari il oktyabr 1-i ilə müqayisədə 200 min manat azdır.

İlin əvvəli ilə müqayisədə sektorun vaxtı keçmiş kreditləri 9,6% artıb, ötən ilin eyni dövrünə nisbətən 8.9% artıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil edib

Seçilən
5
2
ikisahil.az

3Mənbələr