AZ

Türkiyə mətbuatı, 27 noyabr 2024

"Sabah": Ərdoğan: Rəqəmsal dünya qlobal miqyasda bütün dəyərləri məhv edir"

Prezident Rəcəb Tayyib Ərdoğan 7-ci Dini Şurada "Fələstində, Qəzzada və Livanda qırğınlar törədərək müsəlmanları məhv etməyə çalışanların açıq-aşkar olduğu aydındır. Müsəlmanlara qlobal miqyasda hücum edən məkrli düşmən, daha çox təsir və zərər buraxır. O gizli və məkrli düşmən media və sosial media ilə müharibə aparır. Rəqəmsal dünya qlobal miqyasda bütün dəyərləri məhv edir" deyib.

"Habertürk": Fidan: "Sivilizasiyaların toqquşmasına çox yaxınıq"

Xarici işlər naziri Hakan Fidan İsrailin fələstinlilərə qarşı soyqırımının problemləri daha da ağırlaşdırdığını ifadə edərək, "Biz heç vaxt sivilizasiyaların toqquşmasına bu qədər yaxın olmamışıq. Bu, bəşəriyyət üçün bir xəbərdarlıqdır" deyib.

"Hürriyət": Yaşar Gülər: "Zapda da kilid bağlanıb"

Milli müdafiə naziri Yaşar Gülər “Qəhrəman əsgərimizin böyük fədakarlığı və səyi ilə Zapda (İraqın şimalında) kilid bağlandı. Bizim bölgədəki fəaliyyətlərimiz eyni temp və əzmlə davam edir və davam edəcək” deyib.

"Star": Nazir Bolat: Türkiyə qlobal və regional dəyər zəncirlərinin əvəzsiz hissəsinə çevrilib"

Ticarət naziri Ömər Bolat "Qlobal iqtisadiyyatın zəif gedişinə, ticarət və sənaye siyasətlərində artan proteksionist meyllərə, qonşu ölkələrdə artan geosiyasi qarşıdurmalara və qeyri-müəyyənliyə baxmayaraq, Türkiyə iqtisadiyyatı istehsal, məşğulluq və ixracatda inkişaf prosesini davam etdirir" deyib.

"Yenişafak": İlin ilk yarısında 3,6 faiz böyüdük

Həyata keçirilən sərt pul siyasəti sayəsində Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə 2,5 faiz böyüdü. İlk 6 aylıq dövrdə artım 3,6 faiz olub.



Seçilən
12
50
trt.net.tr

10Mənbələr