AZ

Ceyhun Məmmədov aztəminatlı ailələrlə bağlı yeni təklif verdi

Milli Məclisdə gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması təklif edilib.

XALQ.AZ  xəbər verir ki, bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var.

Sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı proseduran sadələşdirilməsi. Əgər bir insan qolunun və ya ayağının birini itiribsə onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur”, – o deyib.

Həmçinin Ceyhun Məmmədov məktəbə gedən uşaqların sayında azalmaya da diqqət çəkib: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Məktəbə gedən uşaqların sayında təxminən 6000-ə yaxın azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çoxuşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir”.

Seçilən
2
1
xalq.az

10Mənbələr