AZ

Gürcüstanda prezidentliyə namizəd keçmiş futbolçudur

Xəbər verdiyimiz kimi, Mixail Kavelaşvili Gürcüstan prezidenti postuna namizəd olub.

Apress.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili bildirib.

Mixail Kavelaşvili keçmiş futbolçudurdur. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. Kavelaşvili futbolçu karyerasına Tbilisinin “Lokomotiv” klubunda başlayıb, sonra “Dinamo”ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).

Daha sonra 1995-ci ildə Vladiqafqazın “Spartak-Alaniya” klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.

Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin “Mançester Siti” klubuna keçib. Sonra onu İsveçrə “Grasshopper”inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.

2004-cü ilin ikinci yarısında altı ay müddətinə “Alaniya”ya icarəyə verilib. Bir neçə ildən sonra karyerasına son qoyub.

“Dürüstlük, ədalət, vətənpərvərlik Mixail Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir. O, təbiətinə görə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl ər və dörd uşaq atasıdır. Bütün qeyd olunanları nəzərə alaraq, komanda Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyinin irəli sürülməsi ilə bağlı yekdil qərar qəbul edib. Əminəm ki, Mixail Kavelaşvili Prezident İnstitutundan müvəqqəti olaraq götürülən ləyaqəti tam bərpa edəcək. Dekabrın 29-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək”, – İvanişvili namizəd haqqındakı açıqlamasında bildirib.

Kavelaşvili bu il 26 oktyabrda keçirlmiş parlament seçkilərində “Gürcü arzusu” partiyasının siyahısında 18-ci yerdə olub.

Gürcüstanda prezident seçkiləri bu il dekabrın 14-də parlamentin binasında, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.

Konstitusiyaya əsasən, prezidenti xalq deyil, 300 nəfərdən ibarət kollegiya seçəcək. Kollegiya Gürcüstan parlamentinin 150 deputatından, Acarıstan və Abxaziya Muxtar Respublikasının (mühacirətdə) Ali Şuralarının üzvlərindən ibarətdir.

Seçilən
8
5
apress.az

6Mənbələr